Azərbaycan Premyer Liqasında XXV tura "Şamaxı" - "Araz-Naxçıvan" oyunu ilə start verilib.
Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Muxtar Respublika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda "şirlər"in müdafiəçisi Vladislav Veremeyev 56-cı dəqiqədə avtoqol müəllifi olub.
Bununla da "Araz-Naxçıvan" xallarının sayını 39-a yüksəldərək 4-cü sırada qərarlaşan "Zirə"yə çatıb. "Şamaxı" 30 xalla səkkizincidir.
Qeyd edək ki, turun digər oyunları martın 19-21-də keçiriləcək.
Şərhlər