Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ nümayəndə heyətinin – Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerin – Brüsseldə keçirilməsi planlaşdırılan görüşü ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Aleks Rafoglu məlumat yayıb.
"Mənbələrin məlumatına görə, Brüsseldəki görüş ləğv olunub. Zelenski evə qayıdır”, – o yazıb.
Həmçinin jurnalist, Kremlin bəyanatına istinad edərək, Uitkoff və Kuşnerin Vladimir Putinlə danışıqlardan sonra Vaşinqtona yola düşəcəklərini "vəd etdiklərini” qeyd edib.
Eyni zamanda "The Wall Street Journal” yazırdı ki, Rusiya və ABŞ arasında keçirilən görüş sülh danışıqlarının əsas "qayaya dirənmiş” məsələsini aradan qaldırmayıb. Söhbət razılaşmanın yolunda duran əsas maneələrdən biri olan ərazi məsələsindən gedir.
Xüsusilə Putinin müşaviri Yuri Uşakov, görüşdə iştirak edərək bildirib ki, ərazi məsələsi Moskva üçün ən vacib məsələlərdən biridir, lakin tərəflər hələlik kompromisə nail ola bilməyiblər.
Öz növbəsində "Sky News”un Moskva müxbiri Ayvor Bennet qeyd edib ki, Rusiya ABŞ-la danışıqlardan əvvəl qəsdən Pokrovski "ələ keçirdiyini” açıqlayıb.
"Amerika nümayəndə heyətinin Moskvaya səfəri ərəfəsində Rusiya Pokrovskun – Donetsk vilayətindəki əsas strateji hədəfin – "ələ keçirildiyini” elan etməsi təsadüfi deyil. Bu, Rusiyanın üstünlüyünü təsdiqləmək və nəticə etibarilə tələblərini gücləndirmək üçün verilən bir mesaj idi, zəiflətmək üçün yox”, – jurnalist hesab edir.
Alpər
Şərhlər