Xəbər lenti

Cəlilabadda 14 yaşlı yeniyetmənin öldürülməsinin bəzi təfərrüatları məlum olub
Ölkə 21:58 10.03.2026

Cəlilabadda 14 yaşlı yeniyetmənin öldürülməsinin bəzi təfərrüatları məlum olub

Araşdırma zamanı məlum olub ki, M. Abdulhüseynlinin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan hadisə ilə bağlı bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı əlavə şərh verilməyib.
--> -->