Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen "X” hesabında bildirib.
O qeyd edib ki, diplomatların təhlükəsizliyinə artan risklər səbəbindən səfirliyin müvəqqəti olaraq Tehrandan Bakıya köçürülməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, bu gün Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.
Şərhlər