Xəbər lenti

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək
Ekonomiks 14:28 03.12.2025

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının başqanlar heyətinin üzvü Sovetbek Zakirov AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Orucu ziyarət edib.

Qaynarinfo xəbər verir ki, görüş zamanı Qırğızıstan nümayəndəsi ölkəsindəki qiymətləndirmə prosesləri barədə ətraflı məlumat verib. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər birliyin daha da inkişaf etdirilməsi, qeydiyyata alınması və RİCS ilə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıblar. Eyni zamanda, AQC ilə Qırğızıstan Qiymətləndiricilər Cəmiyyəti arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən əməkdaşlıq istiqamətləri detallı şəkildə nəzərdən keçirilib.

Görüş zamanı Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının bütün Türk coğrafiyasındakı qiymətləndirmə birliklərini əhatə etməsi, həmçinin bu proseslərin qurumun rəhbər heyətinin növbəti iclasında başlanması qərara alınıb.

Sonda Vüqar Oruc Sovetbek Zakirova ziyarəti üçün təşəkkürünü bildirib və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının rəhbəri olaraq onu qurum prezidentinin Orta Asiyada xüsusi səlahiyyətli nümayəndəsi təyin edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->