ABŞ prezidenti Donald Tramp işləmə qabiliyyətinə şübhə ilə yanaşdığını iddia etdiyi bir məqalənin dərc olunmasından sonra "The New York Times" (NYT) qəzetini "xalq düşməni" adlandıraraq tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial media platforması "TruthSocial"da yazıb.
"Bu qəzet əsl xalq düşmənidir", deyə Ağ Ev rəhbəri bildirib.
Tramp "The New York Times"ın iddialarını qətiyyətlə təkzib edərək, siyasi və iqtisadi uğurlarını, eləcə də son tibbi müayinə və idrak testindən keçdiyini iddia etdiyini qeyd edib.
"Mən 2024-cü il prezident seçkilərində qələbə qazandım", deyən Tramp səkkiz hərbi münaqişəni həll etdiyini bildirib və 48 yeni fond bazarı rekordu da daxil olmaqla nailiyyətlərini sadalayıb.
Tramp nəşri qərəzlilikdə və məqsədli şəkildə mənfi informasiya yaymaqda ittiham edib, sağlamlığı ilə bağlı məqalənin müəllifi Keti Rodjersi "üçüncü dərəcəli jurnalist" adlandırıb və qeyd edib ki, bu şəxsə onun fəaliyyətini "yalnız mənfi çalarlarla" işıqlandırmaq tapşırılıb.
Aydın
Şərhlər