Xəbər lenti

İdman 16:48 26.11.2025

"Nəriman həmişə kefsiz və qayğılıdır" - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Nəriman Axundzadə ilə bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, o, "Sportinfo”ya müsahibəsində futbolçunun tənqidlərə məruz qaldığına görə qayğılı olduğunu bildirib:

"Nərimanın sürəti, fiziki gücü, texnikası, qol duyumu varsa, bu Azərbaycan futbolu üçün uğurdur. Bu futbolçunun potensialını üzə çıxarmaq bizim borcumuzdur. İndi elə bir vəziyyət yaranıb ki, özüm Nərimanla danışmağa ehtiyat edirəm. Düşünürəm ki, buna başqa cür reaksiya verə bilər. Kənardan görünür ki, o, həmişə kefsiz, qayğılıdır. Bu da istər-istəməz ona olan tənqidlərə görədir. Sosial şəbəkələrdə olmuram, amma yazılanları toplayıb baxıram. Nəriman haqqında çox sərt fikirlər yazılır. Mən onun işgüzarlığından son zamanlar çox razı idim. Gəlirdim ki, bazadadır, məşq edir. Amma daimi qayğılıdır. Çox intizamlı uşaqdır. Ölkə xaricinə də getmək istəyir, təklifləri var. Lakin o, mənə də lazımdı. Çempionlar Liqasının əsas mərhələsinə düşməyimizdə ən böyük pay sahiblərindən biri Nərimandır. Ötən il hücumda Juninyo var idi, ÇL-ə düşə bilmədik, amma Nərimanla bunu bacardıq”. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->