Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.
Qaynarinfo xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub. O bu gün universitet kollektivinə təqdim edilib.
Natəvan Namazova İstanbul Universitetində (Türkiyə) və Kaunas Universitetində (Litva) uzunmüddətli elmi-tədqiqatlar aparıb, "Journal of Sustainable Development Issues” jurnalının redaksiya heyətinin üzvüdür. O, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsilini, 2012-ci ildə isə magistratura təhsilini fərqlənmə ilə bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Həmçinin 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.
Şərhlər