"Su İdman Sarayı” MMC "Klimatex” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, müqavilə Çiller sisteminin su soyutma qülləsinin yenisi ilə əvəz olunması və sistemə bağlı avadanlıqların tam işlək vəziyyətə gətirilməsinin satın alınması ilə bağlıdır.
Buna görə şirkətə 1 246 435,18 manat ödəniləcək.
"Klimatex” 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 27, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mahmudov İlham Mahmud oğludur.
"Klimatex” MMC ötən il "Şağan Olimpiya İdman Kompleksi” MMC-nin 1 798 240,1 manatlıq, 2023-cü ildə isə Gənclər və İdman Nazirliyinin isə 4 741 216,28 manatlıq tenderinin qalibi seçilib.
"Klimatex” MMC-nin saytında yerləşdirilən məlumatdan aydın olur ki, şirkət 2004-cü ildən fəaliyyət göstərir. Şirkət fəaliyyəti iqlim və texnologiya sferasını əhatə edir.
İlham Mahmudova gəlincə, o, tanınmış idmançıdır. İdmanının "sportinq" növü üzrə Azərbaycan milli komandasının üzvü olan İlham Mahmudov iki dəfə ölkə çempionu, həmçinin "Qızıl Patron" yarışmasının qalibi, Bakıda keçirilən Beynəlxalq Grand-Prix yarışmasının və Küveytdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasının isə gümüş mükafatçısı olub.
Su İdman Sarayı MMC Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Əjdər Abbasovdur.
Seyid
Şərhlər