AccessBank 2026-cı il üzrə Strateji İnkişaf Planına uyğun olaraq regionlarda filial şəbəkəsinin genişləndirilməsini davam etdirir. Bu çərçivədə Bankın sayca 39-cu filialı Gəncə şəhərində fəaliyyətə başlayıb.
Gəncənin iqtisadi potensialı, sahibkarlıq mühiti və əhali sayı nəzərə alınmaqla şəhərdə AccessBank-ın artıq ikinci filialı müştərilərin xidmətinə verilib. Yeni filial bölgədə həm fərdi müştərilərin, həm də sahibkarların bank xidmətlərinə çıxışını asanlaşdıracaq.
Müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədilə açılan "Kəpəz” filialı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 70 ünvanında yerləşir. Müasir konsepsiya əsasında qurulan filial funksional planlanması və texnoloji həlləri ilə müştərilərə daha rahat xidmət göstərilməsini təmin edir.
Filialda mikro və aqro kreditlər, biznes və istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların rəsmiləşdirilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur. Eyni zamanda, sahibkarlar üçün maliyyə məsləhəti və ehtiyaclara uyğun fərdi həllər də mövcuddur.
AccessBank regionlarda dayanıqlı maliyyə inklüzivliyinin təmin edilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər