Xəbər lenti

Tramp küsüb:
Dünya 13:07 03.03.2026

Tramp küsüb: "İngiltərədən heç gözləməzdim..."

ABŞ Prezidenti Donald Tramp Britaniyanın "The Sun” qəzetinə verdiyi müsahibədə İranla bağlı ABŞ–İsrail hücumlarından sonra Vaşinqton ilə London arasında münasibətlərin əvvəlki gücünü itirdiyini bildirib. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Tramp iki ölkə arasındakı əlaqələrin keçmişdə ən möhkəm tərəfdaşlıqlardan biri olduğunu vurğulayaraq, mövcud vəziyyətin fərqli olduğunu qeyd edib.

ABŞ Prezidenti deyib ki, Böyük Britaniyanın Baş naziri Keyr Starmerin ABŞ-nin İranla müharibəsi zamanı Britaniya hərbi bazalarından istifadəyə ilkin mərhələdə icazə verməməsi münasibətlərdə gərginliyə səbəb olub.

Tramp bildirib: "İngiltərə ilə münasibətlərimiz digər ölkələrlə əlaqələrimiz arasında ən möhkəmi idi. Hazırda Avropadakı digər ölkələrlə də çox güclü münasibətlərimiz var. İndi sizin ölkənizlə əvvəl qurduğumuz münasibətlərdən çox fərqli əlaqələrimiz var. Vəziyyətimizin artıq əvvəlki kimi olmaması çox üzücüdür”.

Tramp Starmerin ABŞ-yə "kömək etmədiyini” vurğulayaraq, "Bunu İngiltərədən görəcəyimi heç vaxt düşünməzdim. Biz İngiltərəni sevirik” ifadələrini işlədib.

ABŞ Prezidenti əlavə edib ki, Britaniyanın daha sonra müəyyən səbəblərlə bazaların istifadəsinə razılıq verməsi "faydalı” olub, lakin bu qərarın qəbul edilməsi "çox vaxt aparıb”.

Aydın



--> -->