Xəbər lenti

Süni intellekt insan şəxsiyyətini cəmi 2 saata təqlid etməyi öyrəndi
Texnologiya 18:39 07.01.2025

Süni intellekt insan şəxsiyyətini cəmi 2 saata təqlid etməyi öyrəndi

Stanford Universiteti və "Google DeepMind" mütəxəssislərinin apardığı son tədqiqatlara görə, süni intellekt (Al) cəmi iki saatlıq müsahibə əsasında insanın davranış və xarakter xüsusiyyətlərini dəqiq şəkildə təqlid edən rəqəmsal "şəxsiyyət klonları" yarada bilər.

Qaynarinfo xəbər verir ki, "LiveScience" portalının məlumatına əsasən, tədqiqatçılar minlərlə insanın rəqəmsal nüsxələrini hazırlayıb. 

Eksperimentdə iştirak edən şəxslərə həyat prioritetləri, dəyərləri və sosial problemlərə baxışları ilə bağlı suallar verilib. Həmçinin, iştirakçılara məntiqi tapşırıqlar təqdim edilib ki, bu da qərar qəbul etmə mexanizmlərini daha yaxşı anlamağa imkan yaradıb.

Bu məlumatlar əsasında "agent modelləri" adlanan süni intellekt replikaları hazırlanıb. Onlar insan davranışlarını 85%-ə qədər dəqiqliklə təqlid etməyi bacarıb, xüsusilə şəxsi sorğular və sosial mövzulardakı cavablarla bağlı.

Lakin qərar qəbulu tələb edən interaktiv tapşırıqlarda Al-ın performansı daha aşağı olub. Belə ki, insan reaksiyalarını situasiyalara uyğun şəkildə təqlid etməkdə çətinlik çəkib.

Tədqiqat müəllifləri qeyd edir ki, bu texnologiya sosial eksperimentlərdə, ictimai reaksiyaların proqnozlaşdırılmasında və sosial institutların təsirinin öyrənilməsində istifadə edilə bilər. Gələcəkdə isə, yaxınlarını itirən şəxslərin rəqəmsal nüsxələrini yaratmaq üçün tətbiq olunacağı gözlənilir.

Lakin bu cür texnologiya ilə bağlı narahatlıqlar da mövcuddur. Cəmi iki saatlıq məlumat əsasında insan şəxsiyyətinin təqlid olunması məxfilik hüquqlarının pozulması, şəxsi məlumatların oğurlanması və texnoloji istismarla bağlı təhlükələr yarada bilər. Bu səbəbdən, mütəxəssislər texnologiyanın inkişafı və istifadəsinə ciddi nəzarətin zəruri olduğunu vurğulayırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->