Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərindən belə qənaətə gəlmək olar ki, Ankara və Suriyanın yeni rəhbərliyi terror qruplaşmalarına qarşı birgə hərbi əməliyyatlara başlaya bilər. Ərdoğan, əgər PKK və onun Suriya qanadı YPG silahlarını yerə qoymazsa və Suriyanın yeni hakimiyyətinin tələblərini yerinə yetirməzsə, əməliyyatların qaçılmaz olacağını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hurriyet" nəşri məlumat yayıb.
Prezident Ərdoğan yeni ilin ilk Nazirlər Kabineti iclasından sonra etdiyi çıxışında Türkiyənin Suriyanın unitar quruluşunun pozulması ilə razılaşmadığını vurğulayıb. O, bu kontekstdə "Bir gecə qəflətən gələ bilərik" ifadəsini işlədib.
"Hurriyet" qəzetinin təhlilinə görə, bu ifadə birbaşa olaraq Qərb ölkələrinə ünvanlanıb. Türkiyə, PKK və YPG-nin fəaliyyətlərinə Qərbin dəstəyindən narazıdır. Əgər bu qruplaşmalar silahlarını yerə qoymasa, Türkiyə ilə Suriya arasında genişmiqyaslı birgə hərbi əməliyyat ehtimalı yüksəkdir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da daha əvvəl PKK və digər kürd qruplaşmalarına qarşı hərbi əməliyyat ehtimalından danışmışdı. Fidan bildirib ki, bu cür əməliyyatlar bölgədə sabitliyi təmin etmək üçün zəruri ola bilər.
"Hurriyet" qəzetinin yazdığına görə, Ərdoğanın çıxışı Türkiyənin Suriyada terror qruplaşmalarına qarşı siyasətinin davam edəcəyini və bu siyasətin Suriyanın yeni hakimiyyəti ilə koordinasiya ediləcəyini göstərir. Belə bir birgə hərəkət həm bölgədəki kürd silahlı qüvvələrinə qarşı, həm də Qərbin dəstəyinə mesaj ola bilər.
Aydın
Şərhlər