Hindistanda keçirilən festivalda qəzəbli fil yerli sakinləri xəsarət yetirib.
Qaynarinfo xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
"Ən azı 17 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır", deyə məqalədə deyilir.
Nəşrin məlumatına görə, insident Kerala ştatının Malappuram rayonundakı ibadətgahda hər il keçirilən festival zamanı baş verib. Yayımlanan görüntülərdə meydanda ən azı beş filin olduğu görünür. Onlardan biri qəflətən camaatın arasına girir və bir nəfəri xortumu ilə tutaraq sağa-sola silkələməyə başlayır.
Hadisədən sonra zərərçəkən xəstəxanaya yerləşdirilib. İnsanların aldığı xəsarətlərin əksəriyyətinin heyvanın hərəkətləri nəticəsində yaranan əzilmə nəticəsində olduğu qeyd edilir.
Aydın
Şərhlər