Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (AFSCA) vətəndaşlara Yeni il şam ağaclarını yeməməyi tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu xəbərdarlıq Gent şəhərinin rəsmi saytında dərc edilən bir çağırışla bağlıdır.
Saytda Skandinaviya ənənəsinə istinad edilərək, şam ağaclarının iynə yarpaqlarından müxtəlif kulinariya məhsulları hazırlamağın mümkünlüyü vurğulanmışdı.
Gent şəhərinin saytında yayımlanan məqalədə şam ağaclarının iynə yarpaqlarının qurudularaq, məsələn, ətirli yağlar hazırlamaq üçün istifadə olunduğu qeyd edilmişdi. Məqalənin əvvəlki başlığı isə belə idi: "Yeni il şam ağacınızı yeyin!"
Lakin AFSCA bu çağırışa cavab verərək, şam ağaclarının həm insanlar, həm də heyvanlar üçün təhlükəli ola biləcəyini bildirib. Buna səbəb olaraq, şam ağaclarının yetişdirilməsi zamanı istifadə edilən pestisidlər və digər kimyəvi maddələr göstərilib.
Gent saytında yayımlanan məqalə yenidən redaktə edilib. Başlıq dəyişdirilərək "Skandinavlar öz Yeni il şam ağaclarını yeyirlər" şəklində yazılıb. Məqalədə əlavə olaraq qeyd edilib ki, bütün iynəyarpaqlılar yeyilə bilməz. Xüsusilə pestisidlərlə və yanğına davamlı sprey maddələrlə işlənmiş şam ağaclarının, eləcə də zəhərli tisin istifadəsi ciddi sağlamlıq riskləri yaradır.
Belçika hakimiyyəti qeyd edir ki, iynəyarpaqlı ağacların yeyilməsi adəti bəzi ölkələrdə mövcud olsa da, bu adətin təhlükəsizlik tədbirləri olmadan tətbiq edilməsi sağlamlığa ciddi ziyan vura bilər.
Aydın
Şərhlər