Studiyada gərginlik: "Ədəbiyyat siyahısında olmayanlar ev siyahısında adlarını axtarır" (VİDEO)
Rövşanə Ağasəfqızı ilə Aləmzar Sadiqqızı arasında gərginlik yaşanıb.
ARB TV-nin efirində yayımlanan "Günə Son” verilişində Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil təminatı ilə bağlı müzakirələr aparılıb.
Verilişdə qonaq olan yazıçı Aləmzar Sadiqqızı AYB üzvlərinə verilən mənzillərin siyahısının ədalətsiz şəkildə tərtib olunduğunu bildirib. Lakin Rövşanə Ağasəfqızı sərt şəkildə Aləmzar Sadiqqızını və imzasını tanımadığını deyib.
"Məni tanıyanlar bilir ki, mütaliəyə söykənən baza danışığım var, cox təəsüf edirəm ki, xanımı tanımıram və kitablarını oxumamışam. Ədəbiyyat siyahısında olmayanlar ev siyahısında adlarını axtarır. Nəyə görə sənə ev verilməlidir?", deyə bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər