Xəbər lenti

İdman 11:50 17.03.2025

"Səbail"in yeni baş məşqçisi bəlli oldu

Cavid Hüseynovu istefaya göndərən "Səbail”i kimin çalışdıracağı bəlli olub.

Qaynarinfo xəbər verir ki, "dənizçilər”in yeni baş məşqçisinin adı açıqlanıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş məşqçi vəzifəsinin icrası Elvin Məmmədova həvalə olunub. O, cari mövsümün sonunadək bu işi icra edəcək.

Qeyd edək ki, Elvin Məmmədov bunadək baş məşqçinin köməkçilərindən biri idi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->