Xəbər lenti

Sabiq deputat məhkəməyə verildi
Ölkə 18:14 28.11.2024

Sabiq deputat məhkəməyə verildi

Milli Məclisin II çağırış deputatı Sudeyf İmamverdiyev məhkəməyə verilib.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.

İş Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.

Qeyd edək ki, Sudeyf İmamverdiyev Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimidir. O, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.

Milli Məclisin II çağırışının deputatı məşhur "91-lər" sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->