Xəbər lenti

32 göyərçin ovladı, ov hüququ əlindən alındı
Ölkə 19:12 28.11.2024

32 göyərçin ovladı, ov hüququ əlindən alındı

Ağcabədi rayonunun Salmanbəyli kəndində göyərçin ovlayan şəxsə cəza verilib. 

Qaynarinfo-nun məlumatına görə, 1989-cu il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş G.F. qadağan edilmiş yerdə ov etdiyi üçün saxlanılıb. 

O, qadağan edilmiş yerdə 12 kalibrli silahla 32 ədəd göyərçin, 2 ədəd qumru quşu, bir ədəd bildirçin ovlayıb. G.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərətib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə ov hüququ məhdudlaşdırılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->