Məqsədlərə çatmaq üçün sadəliyə üstünlük vermək vacibdir.
Qaynarinfo scitechdaily.com-a
istinadən xəbər verir ki, Vaterlou Universitetinin alimləri yeni araşdırma apardıqdan sonra bu qənaətə gəliblər.
Tədqiqatçılar müəyyənləşdirib ki, tapşırıqları izah etmək və yerinə yetirməkdə sadəlik effektivliyinə görə yüksək qiymətləndirilib.
"İnsanlar seçim qarşısında qaldıqda vaxta və səyə qənaət edən səmərəli, sadə həll yollarına meyl edirlər", deyə nəşr yazıb.
Başqa sözlə desək, insanların sadə izahatlara üstünlük verməsi onların tapşırıqları səmərəli yerinə yetirmək istəyi ilə sıx bağlıdır.
Tədqiqatın aparıcı müəllifi və inkişaf psixologiyası üzrə fəlsəfə doktoru Vaterlu Klaudia Sel deyib:
"Bu nəticələr göstərir ki, bizim daha sadə izahatlara meylimiz hərəkətləri necə qiymətləndirdiyimizi əks etdirir. Sadəlik yalnız izahatlarda qiymətləndirilmir - bu, bizim effektiv nəticələrə necə nail olmaq haqqında düşündüyümüzün bir hissəsidir".
Araşdırmalar göstərir ki, insanlar daha çox ümumi və etibarlı səbəbləri ehtiva edən izahatlara cəlb olunurlar. Nəşr yazır ki, səbəb nadir və ya etibarsız görünürsə, o daha az faydalı hesab olunur.
"Əslində səbəb nə qədər geniş və etibarlıdırsa, nəticə əldə etmək üçün izahat və metod kimi bir o qədər cəlbedici olur. Həmçinin, istər səbəbləri izah edirsinizsə, istərsə də nəticə axtarırsınızsa, daha az səbəblərdən istifadə etmək həm daha sürətli, həm də daha səmərəli görünür, hər iki seçimin arxasında ümumi zehni prosesə işarə edir", deyə alim qeyd edib.
Tədqiqat yeddi təcrübədən ibarətdir. Onlarda 2820 nəfər iştirak edib.
Aydın
Şərhlər