Xəbər lenti

Dünya 18:18 07.01.2025

"Ryanair" təyyarəsinin Berlinə enişinə qadağa qoyuldu, 250 km uzağa endi

İrlandiyanın "Ryanair" aviaşirkətinin təyyarəsi Almaniyanın paytaxtı Berlin hava limanında enişi yarımçıq dayandıraraq 250 km aralıya - Hannoverə enməyə məcbur olub. 

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, buna səbəb gecə yarısından sonra enişin qadağan edilməsi olub.

Qeyd olunur ki, layner Qran Kanariyadan Berlinə planlaşdırılan enişlə saat 22:50-də yola düşüb. Eyni zamanda, bort radarının məlumatına görə, təyyarə gecikib və saat 23:59-da Almaniya paytaxtına yaxınlaşıb.

"Düz gecə yarısı pilot enişi dayandırıb və Hannoverə uçmaq üçün yenidən hündürlük qazanmağa başlayıb. Təyyarə uçuş-enmə zolağından 3,7 kilometr qalxmalı və Hannoverə daha 250 kilometr uçmalı olub. Təyyarə 00.36-da oraya eniş etdi", deyə materialda bildirilir.

"Bild" aydınlaşdırır ki, saat 00:00-dan 05:00-a qədər Berlində müntəzəm reyslərin qalxması və enməsi qadağandır. Qadağaya məhəl qoyulmasa, aviadaşıyıcını 50 min avroya qədər cərimə gözləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->