Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəis müavini Aleksey Rtişev bildirib ki, Pentaqonun maraqlandığı xəstəliklər gələcəkdə pandemiyaya çevrilir.
Qaynarinfo bu barədə Gazeta-ru-ya istinadla xəbər verir.
Onun sözlərinə görə, bu cür vəziyyətlərdən əsas gəlir götürənlər Amerika farmasevtik şirkətləri olur. Rtişev misal olaraq sarı qızdırma, meymunçiçəyi və Rift Vadisi qızdırmasını göstərib. Sonuncunun yayılması ABŞ Hərbi Dəniz Qüvvələrinin bioloji laboratoriyasının yerləşdiyi Qahirədə baş verib.
"Dəqiq bir tendensiya müşahidə olunur: Pentaqonun maraq dairəsinə düşən xəstəliklərin törədiciləri sonradan pandemik miqyasda yayılmağa başlayır", - Rtişev vurğulayıb.
Bundan əvvəl, Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev süni intellektdən istifadə etməklə yeni bioloji silahın yaradılması təhdidinin mövcudluğunu bəyan edib.
Medvedevin sözlərinə görə, ABŞ digər ölkələrə bioloji silahlarla bağlı ittihamlar irəli sürməyi sevir, halbuki öz biolaboratoriyalarını bütün dünyada yerləşdirib.
Alpər
Şərhlər