Xəbər lenti

Rövşən Rüstəmov
Ekonomiks 15:24 17.11.2025

Rövşən Rüstəmov "Əməkdar mühəndis"ə yeni vəzifə verdi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb. 

Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və "Azərbaycan Dəmir Yolları"nın Baş Mühəndisi təyin olunub. 

Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb. 

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->