Xəbər lenti

Azərbaycan nefti kəskin bahalaşdı
Ekonomiks 09:42 03.03.2026

Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 77,82 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,69 ABŞ dolları və ya 9,54 % artaraq 76,79 ABŞ dolları təşkil edib.

Qeyd edək ki Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

--> -->