Xəbər lenti

Sahurda düzgün qidalanmanın sirri: balanslı boşqab
Ölkə 18:46 03.03.2026

Sahurda düzgün qidalanmanın sirri: balanslı boşqab

Ramazanda sahurda edilən sadə qidalanma səhvləri gün ərzində qan şəkəri dalğalanmalarına, halsızlığa, diqqət pozulmasına və həzm problemlərinə səbəb ola bilər. Xüsusilə tək tip və balanssız yeməklər uzun saatlar davam edən orucu daha da çətinləşdirir.
 
Qaynarinfo xəbər verir ki, qida mütəxəssisləri sahurda tək növ qidalanma gün ərzində ani qan şəkərinin düşməsinə səbəb ola biləcəyini deyir.

Balanslaşdırılmış sahur boşqabı

Sağlam sahurun əsasını balanslı balanslı qidalanma təşkil edir. Kompleks karbohidratlar, keyfiyyətli protein mənbələri, sağlam yağlar və liflə zəngin qidaların bir arada olduğu bir yemək uzun saatlar toxluq təmin edir və gün boyu daha sabit enerji səviyyəsinin qorunmasına kömək edir.

Sahur boşqabında kompleks karbohidratlar, proteyin və sağlam yağlar birlikdə olmalıdır. Bu balans həm uzun müddət toxluğu təmin edir, həm də enerji dalğalanmalarının qarşısını alır. Xüsusilə yulaf kimi kompleks karbohidratlar həzm prosesini ləngidərək qan şəkərinin tənzimlənməsinə dəstək olur. Yumurta və qatıq kimi protein mənbələri isə toxlux müddətini uzadır. Yulaf, yumurta və qatıqdan ibarət sahur yeməyi həm proteyin, həm də kompleks karbohidrat baxımından güclü bir kombinasiyadır və lif tərkibi həzm sistemini də dəstəkləyir.

Lif və sağlam yağlar qəbizlikdən qoruyur

Ramazan ayında ən çox rast gəlinən problemlərdən biri qəbizlikdir. Uzun müddət aclıq və maye qəbulu azlığı həzm sistemini ləngidə bilər. Avokado, zeytun və qoz kimi sağlam yağ mənbələri həm toxluq hissini artırır, həm də həzmə dəstək olur. Pomidor, xiyar və yaşıl tərəvəzlər isə yüksək lif tərkibi ilə bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir. Sahurda liflə zəngin qidaların olması Ramazanda tez-tez rast gəlinən qəbizlik probleminin qarşısını ala bilər.

Sahur üçün 5 əsas tövsiyə

Ramazan boyunca enerjili və tox qalmaq üçün sahurda balanslı qidalanmanı planlamaq vacibdir.
 
Sahur zamanı diqqət ediləcək əsas məqamlar:

Kompleks karbohidratlara yer verin

Kifayət qədər proteyin qəbul edin

Sağlam yağları unutmayın

Liflə zəngin tərəvəzlər əlavə edin

Kifayət qədər su için

Sahurda çox duzlu və sadə karbohidrat tərkibli qidaların istehlakı gün ərzində daha tez susamağa və enerjinin itirilməsinə səbəb olur. Balanslı qida isə həm metabolizmi dəstəkləyir, həm də enerji tarazlığını qoruyur.

Su istehlakı unudulmamalıdır

Sahur zamanı yalnız qida deyil, maye qəbulu da kritik əhəmiyyət kəsb edir. Kifayət qədər su içmək gün ərzində susuzluq hissini azaldır və həzm sisteminin normal işləməsinə kömək edir. Ramazan boyunca su istehlakı kifayət qədər olmadıqda halsızlıq və baş ağrısı daha çox müşahidə olunur. Sahur ilə iftar arasında suyun balanslı şəkildə qəbulu vacibdir.

Doğru planlanmış sahur boşqabı yalnız aclığı gecikdirmir, həm də gün boyu enerji səviyyəsini qoruyur və zehni performansı dəstəkləyir. Sağlam bir Ramazan üçün sahur diqqətlə və balanslı şəkildə planlanmalıdır.
 
Günay
--> -->