Xəbər lenti

Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur
Ölkə 21:50 03.03.2026

Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur

Hazırda Astara dövlət sərhəd buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur.

Telqraf xəbər verir ki, təxliyə olunanlar arasında azyaşlılar da var və onların Azərbaycan ərazisindən təhlükəsiz keçidi təmin edilir.

Bundan əlavə, həmin vətəndaşların Rusiyaya çatdırılması üçün Moskvadan Lənkəran Beynəlxalq Hava Limanına xüsusi təyyarə göndərilib. Sərhədi keçdikdən sonra təxliyə olunan şəxslər xüsusi avtobuslarla Lənkərana aparılacaq, oradan isə təyyarə ilə Rusiyaya yola salınacaqlar.
 

--> -->