Xəbər lenti

İdman 18:50 22.12.2025

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.

Qaynarinfo bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XVI turunda "Qarabağ"la oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də toplaşacaq.

Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

"Qırmızı-qaralar" hazırlıq mərhələsinin ikinci hissəsini yanvarın 14-18-də Bakıda keçirəcək.

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Qəbələ" XVII turda, yanvarın 24-də səfərdə "Şamaxı" ilə qarşılaşacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->