Xəbər lenti

Putin ermənipərəst jurnalistləri niyə mükafatlandırdı? - Arif Əliyevin şərhi
Dünya 13:45 21.12.2022

Putin ermənipərəst jurnalistləri niyə mükafatlandırdı? - Arif Əliyevin şərhi

"Bu mükafatlandırma prosesi Rusiya dövlətinin yürütdüyü informasiya siyasətinin tərkib hissəsidir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycana qarşı açıq təxribatlarla məşğul olan jurnalistlər Semyon Peqovla Marqarita Simonyanın mükafatlandırılmasının hansı anlama gəldiyini şərh edərkən deyib.

"Rusiyada baş tutan bu mükafatlandırma prosesi o anlama gəlir ki, Putin özünün təbliğatçılarını yedizdirmək, təmin etmək lazım olduğunu bilir. Bu mənada da Putin öz yolu ilə gedir, Azərbaycanın və yaxud digər dövlətlərin maraqları barədə fikirləşmir. Həmin məsələdə Putin üçün  Azərbaycandan da öncül Ukrayna məsələsidir. 



Peqov Ukraynada yaralanıb. O və Simonyan uzun müddət idi ki, diqqətini Azərbaycandan çəkib, Ukraynaya yönəldib. Putini faktların doğruluğu, onların hansı işlərlə məşğul olması az maraqlandırır. Putini ancaq mükafatlandırdığı şəxslərin fəaliyyətlərinin Rusiyanın təbliğat maraqlarına nə dərəcədə uyğun olub-olmadığı maraqlandırır. Odur ki, illərdir danışdığımız və müşahidə etdiyimiz Rusiyanın informasiya siyasətinə uyğundur. 

Peqov və Simonyandan  əvvəl də dəfələrlə belə hallar olub. Hətta məşhur  hadisəyə görə, Putin 11 jurnalisti gizli fərmanla mükafatlandırmışdı. Çünki o zaman açıq müharibə yox  idi. İndi isə maraqların savaşı açıq səviyyədə gedir. Ona  görə də Kreml özünə sadiq olanları bu cür mükafatlandırır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->