Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə Nazirliyin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif olunanlar arasında görkəmli rejissor Rüfət Əsədov da var.
Qaynarinfo xəbər verir ki, Rüfət Əsədov Azərbaycanı dünyada təmsil edən təkrarsız sənədli və bədii filmlərin müəllifi olmaqla yanaşı, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisidir. R.Əsədov Nazirlik barədə çəkilmiş bir çox filmlərin rejissorudur.
Rüfət Əsədov Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin möhkəmlənməsində ictimai xidməti olan mədəniyyət xadimidir. Onun Azərbaycanla İsrail arasındakı tarixi əlaqələrlə bağlı çəkdiyi sənədli filmlər bir çox mükafatlara layqi görülüb.
Bu gün Rüfət Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Şərhlər