Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb.
Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılıb və lazımi yoxlanışlardan keçirilib.
Qeyd olunub ki, hazırda tələbənin vəziyyəti yaxşıdır.
Həmçinin vurğulanıb ki, mənfi birinci mərtəbə təsərrüfat obyekti kimi nəzərdə tutulub:
"Əraziyə daxil olmamaq üçün xəbərdarlıq nişanları qoyulub".
Şərhlər