Polşa Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılan Rusiya oliqarxı Vyçeslav Moşe Kantora qarşı məhdudiyyətləri qüvvədə saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Tomaş Semonyak sosial şəbəkə X-də bildirib.
Nazirin sözlərinə görə, 15 martda o, Kantoru Polşa ərazisində arzuolunmaz şəxs kimi tanıyan qərarı imzalayıb.
Mediada yayılan məlumata əsasən, Kantor Vladimir Putinlə sıx əlaqələrə malikdir.
Xatırladaq ki, 14 martda Aİ Macarıstanın tələbi ilə bir neçə şəxsə qarşı sanksiyaları ləğv edib. Məhdudiyyətlərdən çıxarılanlar arasında Vyçeslav Moşe Kantor, milyarder Alışer Usmanovun bacısı Gülbahar İsmayılova, Rusiya idman naziri Mixail Deqtyaryov və iş adamı Vladimir Raşevski də var.
Bundan əlavə, üç nəfərin də sanksiya siyahısından çıxarıldığı bildirilir, çünki onların öldüyü hesab olunur.
Həmçinin, Lüksemburq maqnat Mixail Fridmanın siyahıdan çıxarılmasını tələb etsə də, Aİ bu qərarı qəbul etməyib.
Alpər
Şərhlər