"MH-DENT” MMC-də oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru Hamlet Rzayev (ad şərtidir) "Samsung” markalı telefonu və plastik pul kartı oğulrlanıb. Həmin kart vasitəsi ilə 708 manatlıq alış-veriş edilib.
Şirkət direktoru hadisə ilə bağlı polisə müraciət edib. Polis dərhal hərəkətə keçərək cinayətin üstünü açıb. Məlum olub ki, oğurluq hadisəsini əvvəllər məhkum olunmuş Samir Adilov (ad şərtidir) törədib.
Ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddələri ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Səbail Rayon Məhkəməsində aparılıb.
Təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Şərhlər