Xəbər lenti

Ölkə 18:48 05.03.2025

"Planet Palace" şadlıq sarayında ifa olunan musiqilərə qadağa qoyulması istənilir

Bakıda məşhur restoranlarda musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi tələb edilir. 

Qaynarinfo-nun məlumatına görə, "Azərbaycan Müəllifləri" İctimai Birliyinin sədri Vilayəddin Muradov "Planet Palace" şadlıq sarayı barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. 

Müraciətdə "Planet Palace" şadlıq sarayında mətnli, yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, müəllif qonorarı kimi ödənilməmiş 25800 manat və 45000 manat kompensasiyanın onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub.

"Planet Palace" şadlıq sarayının sahibi sözügedən birliyə pandemiyadan sonrakı keçən 43 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün ödəniş etməyib. 

Vilayəddin Muradovun "Planet Palace" şadlıq sarayında "musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş qonorarların ödənilməsi və kompensasiya verilməsi" tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->