Xəbər lenti

Vüqar Qurbanov bu xəstəxananın rəhbərini işdən çıxardı - Yeni təyinat
Ölkə 12:04 06.03.2025

Vüqar Qurbanov bu xəstəxananın rəhbərini işdən çıxardı - Yeni təyinat

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

TƏBİB sədrin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyin olunub. 

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi rəhbəri olub. 

Qeyd edək ki, Rasim Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi və eyni zamanda baş həkim vəzifəsini icra edirdi. 

Aydın
 

Vüqar Qurbanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->