Xəbər lenti

İtkin balıqçılardan digərinin də meyiti tapıldı (FOTO)
Ölkə 13:58 06.03.2025

İtkin balıqçılardan digərinin də meyiti tapıldı (FOTO)

Lənkəranda itkin düşən balıqçılardan ikincisinin də meyiti tapılıb.

Qaynarinfo Cenublu.az-a istinadən xəbər verir ki, bu barədə İranın sosial şəbəkələrində məlumat paylaşılıb.

Belə ki, bir neçə saat öncə Ənzəli limanında balıqçı meyiti tapılması barədə şəkil paylaşılıb. Həmin meyitin Lənkəranda itkin düşmüş hesab edilən balıqçı Mahmud İbayevə məxsus olduğu ehtimal edilir.

M.İbayevin qardaşı Rəşad İbayev şəkildə qardaşının cəsədinin əks olunduğunu təsdiqləyib:

"Mən şəklə baxdıqda, meyitin üzərindəki kombinezon, qara köynək və əlcəklərdən onun qardaşım olduğunu anladım. Dövlətimizdən qardaşımın meyitinin İran tərəfdən təhvil alınması üçün kömək istəyirik. Nə qədər cəsədi orada dəfn etməyiblər, biz təhvil ala bilək ki, özümüz dəfn edək”.

Qeyd edək ki, balıqçılar - Siyavar kənd sakinləri - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov bu ilin yanvar ayında Xəzərin Lənkəran sularında itkin düşmüşdülər. N.Abbasovun meyiti Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində tapılmışdı.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->