Xəbər lenti

Foto 10:52 06.03.2025

"Sərin"də mənşəyi məlum olmayan ətdən yemək hazırlanırmış (FOTO)

Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən "Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 

Bildirilib ki, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus "Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.

Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb:

"Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->