"Zelenski Valeri Zalujnını Kiyevə qaytarıb, hansısa səlahiyyətlər verməklə danışıqlarda təmsilçiliyi ona ötürə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ rəsmilərinin sülh danışıqlarını Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan aparmaq niyyətini şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, Zelenskinin danışıqlarda iştirak etməməsi Amerikadan daha çox Rusiyanın şərtidir:
"Açıq şəkildə görünür ki, ABŞ da buna meyl edir. Faktiki olaraq, danışıqların ilk mərhələsində Zelenski heç bir formada iştirak etməyib. Müəyyən görüş və ya telefon danışıqları aparıb, amma bilavasitə Zelenski danışıqlarda iştirak etməyib. Amma Vaşinqtonda baş verən sonuncu qarşıdurmadan sonra Amerikanın da danışıqları Zelensksiz davam etdirilməsində maraqlı olduğuna heç bir şübhə yeri qalmır. Onlar Zelenskiyə mürəkkəb şərtlər irəli sürüblər. Üç dəfə üzr istəməlidir və s".
Ekspert deyir ki, Ağ Evin Rusiya ilə danışıqları Zelensksiz aparmaq faktı göz qabağındadır:
"Amerika bu varianta daha çox üstünlük verir. Artıq Zelenski özü də Vaşinqtondakı görüşlə bağlı olaraq müraciət edərək, müəyyən peşmançılıq ifadə edib. O, hər şeyi təzələmək, yeniləmək istəyini bildirib. Odur ki, sülh lazımdır. Bu heç də o demək deyil ki, hansısa bir mərhələdə vəziyyət dəyişə, həm Amerika, həm də Ukrayna indiki formatda danışıqları davam etdirmək razılığına gələ bilərlər. Sonda yəqin ki, belə də olacaq. Hərçənd Ukraynanın başqa variantları da var. Hətta seçki keçirmədən Zalujnıyı Kiyevə qaytarıb, hansısa səlahiyyətlərin verilməsi və danışıqlarda təmsilçiliyi ona ötürmək imkanları da var. Lakin Zelenskinin buna gedəcəyi də ağlabatan deyil. Çünki onun da ambissiyaları az deyil".
Qeyd edək ki, dünyanın ən varlı adamı olan İlon Mask tərəfindən dan Zelenskiyə qarşı növbəti iyrənc hərəkətə yol verilib:
"Nə qədər xoşagəlməz olsa da, Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində Zelenskiyə neytral ölkədə hansısa amnistiya təklif edilməlidir".
Ümumiyyətlə, Tramp başda olmaqla ABŞ rəsmilərinin Zelenskiyə münasibətdə sərgilədikləri son addımlar ondan xəbər verir ki, Ağ Ev Rusiya ilə sülh danışıqlarını Ukrayna prezidentinin iştirakı olmadan aparmaqda maraqlıdır. Ona görə də hər fürsətdə çalışırlar ki, Zelenskini aşağılasınlar.
Rüfət Sultan
Şərhlər