ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq.
Qaynarinfo xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq.
Belə ki, 1/4 mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalov üz-üzə gələcəklər.
Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə” meyxana yarışına telekanalın "ATV Music” yutub kanalında da canlı izləyə bilərsiniz.
Şərhlər