Xəbər lenti

Röya Aygünün mahnısını oxuyacaq
Maqazin 19:19 29.03.2026

Röya Aygünün mahnısını oxuyacaq

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından oxuduğu mahnıdan danışıb.

Axşam.az xəbər verir ki, müğənni "İki başlı" proqramında bu haqda sualları cavablandırıb. Röya Pop kraliçanın repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. O, mahnının adını sir saxlayıb:

"Mahnı seçdim və oxudum. Yayda təqdim ediləcək. O mahnı çıxanda siz hələ çox balaca idiniz. 1980-ci illərin sonunda oxunan mahnıdır".

Qeyd edək ki, Aygün Kazımovanın sənət fəaliyyətinin 40 illiyinə həsr edilən "Best of Aygün" albomunun ikinci hissəsi aprelin 10-da təqdim ediləcək. Albomda 40 ifaçı yer alacaq. Onlar Kazımovanın repertuarında olan 40 hiti oxuyublar. 
--> -->