ABŞ-ın Hörmüz boğazını açmaq və regiondan neft axınını bərpa etmək üçün bir qədər zamana ehtiyacı var.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social” sosial şəbəkəsində bildirib.
"Bir qədər əlavə vaxtla biz Hörmüz boğazını asanlıqla aça, nefti əldə edə və böyük qazanc götürə bilərik. Bu, dünya üçün "fontan" olacaq", deyə Tramp yazıb.
Qeyd edək ki, ötən həftə Tramp ABŞ-ın İranla "doğru insanlar" vasitəsilə ciddi danışıqlar apardığını bildirib, lakin detalları açıqlamayıb. Onun sözlərinə görə, İran xoş niyyət jesti olaraq bir neçə neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib və bunu razılaşmaya hazır olmanın siqnalı kimi qiymətləndirib. Lakin bu iddialar hələlik təsdiqlənməyib.
Öz neftini ixrac edə bilməməsi səbəbindən BƏƏ Hörmüz boğazının güc yolu ilə açılmasında ABŞ və müttəfiqlərini dəstəkləməyə hazırdır və beynəlxalq koalisiyanın yaradılmasına çağırır. Əmirliklər həm birbaşa hərbi iştirak, həm də yardımçı rolları (məsələn, minaların təmizlənməsi) nəzərdən keçirir və eyni zamanda İrana qarşı daha sərt siyasət tələb edir.
Fars körfəzi regionunun digər ölkələri də münaqişənin genişlənməsi riskinə baxmayaraq, hərbi müdaxiləni getdikcə daha əsaslandırılmış hesab edirlər.
Aydın
Şərhlər