Xəbər lenti

Yusif Mustafayevi əsəbiləşdirdilər:
Maqazin 15:18 31.03.2026

Yusif Mustafayevi əsəbiləşdirdilər: "Mən kimə problem yaradıram?"

Əməkdar artist Yusif Mustafayev əsəbiləşib. 

Müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, sosial şəbəkədə paylaşdığı videonun rəy bölümündə izləyicilərdən biri ondan oxumamasını xahiş edib:

"Yazıb ki, "səni and verirəm, ata-ananın qəbrinə oxuma". Anlaya bilmirəm, niyə oxumamalıyam? Mən kimə problem yaradıram? Millətimin yaxşılarının başına dönüm, niyyətləri pis olanlara isə Allah insaf versin. Söz-söhbətdən uzaq olmaq üçün heç kəsə cavab vermirəm".

Yusif Mustafayev bütün gününü Bilgəh Kardioloji Sanatoriyasıda keçirdiyini də vurğulayıb:

"Təmiz hava ancaq buradadır. Çəkilmişəm bir kənara, sakit həyat tərzi keçirməyə çalışıram. Səhər çayımı-çörəyimi götürüb dəniz kənarına gəlirəm, axşama kimi gəzirəm. Saat 5-6-da isə evə qayıdıram. Ailəmi, nəvələrimi görmədən qala bilmirəm. Dedi-qodu mənlik deyil. Dedi-qodu ilə məşğul olsam, qocalaram".

Bahar Rüstəmli
--> -->