Xəbər lenti

Nəsimi
Video 11:05 05.02.2026

Nəsimi "mənəm-mənəm" deyən Kamranı "evə yola saldı" (VİDEO)

ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda 1/8 mərhələnin daha bir qalibi müəyyən olunub. 

Qaynarinfo xəbər verir ki, bədahətən dediyi rəvayətlərlə meyxana aləminə yenilik gətirən Kamran Quliyev, yarışmanın cavab görüşündə doğma meydanda həmkarı meyxana ustadı Nəsimi Allahverdiyevi qəbul edib. 

Belə ki, söz ustadları ev tapşırıqları ilə yanaşı söz "davasına” da çıxıblar. Deyişmə zamanı daha üstün tərəf olan qonaq Nəsimi Allahverdiyev səsvermədə rəqibini üstələyərək 1/8 mərhələnin qalibi olub.

Qeyd edək ki, hər həftənin şənbə günü saat 22:00-da ATV telekanalında baş tutan "Kəlmə-Kəlməyə” meyxana yarışında bu həftə 1/8 mərhələnin daha bir görüşü baş tutacaq. Meyxana ustadı Aydın Hüseynov doğma meydanda həmkarı Fariz Zeynalovu qəbul edəcək.

--> -->