Xəbər lenti

Azərbaycan Kuboku:
İdman 23:10 04.02.2026

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah" və "Qəbələ" bərabərə qalıb.

Qaynarinfo xəbər verir ki, tərəflər arasında "Bank Respublika Arena"da baş tutan ilk matçda qapılara qol vurulmayıb.

Raundun cavab oyunu martın əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin əvvəlki qarşılaşmasında - "Sumqayıt" və "Zirə" kollektivlərinin duelində hesab açılmayıb. Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" - "Qarabağ" və "Turan Tovuz" - "Kəpəz" oyunları keçiriləcək.
--> -->