Xəbər lenti

Neftçalada iki qardaş avtomobillə kanala düşərək öldü
Ölkə 10:49 20.03.2026

Neftçalada iki qardaş avtomobillə kanala düşərək öldü

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 "Nissan" markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
--> -->