Xəbər lenti

Ölkə 19:18 19.03.2026

"Qəbələ" restoranın oğurluq - Ofisiant müştərinin və həmkarının telefonunu oğurladı

Bakıda fəaliyyət göstərən "Qəbələ" restoranında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restorana müştəri qismində şəxsə məxsus "iPhone 14 PorMax” markalı mobil telefonu, həmçinin "Qəbələ”də işləyən ofisiantlardan birinə məxsus "iPhone 12” markalı mobil telefon və pul kisəsi oğurlanıb. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Məlumata görə saxlanılan şəxs də "Qəbələ" restoranında işləyən ofisiantlardan biridir. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş üzrə təqsirli bilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərndə qəti olaraq olaraq 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 

Seyid

--> -->