Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad olunub.
Qaynarinfo-nun məlumatına görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Niyazov Elçin İsrail oğlu "Aztelekom”un qanuni təmsilçisi təyin edilib. O, bu vəzifəsindən əvvəl "Aztelekom” baş direktorun müavini idi.
Qeyd edək ki, Elçin Niyazov 1986-cı il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, "Azeronline LTD" BM şirkətinin baş direktoru vəzifəsində çalışıb. Ləğv prosesində olan "Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də "Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
Klaus Müller
Onu da qeyd edək ki, Qaynarinfo Klaus Müllerin "Aztelekom”dan kənarlaşdırılması barədə ötən ilin 10 dekabrında məlumat yaymışdı. Həmin vaxt nazirlik xəbəri təkzib etmişdi.
Əhməd
Şərhlər