Xəbər lenti

Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olundu
Ölkə 22:22 01.05.2026

Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olundu

Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Naib Fəxrəddin oğlu Əlizadə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Naib Əlizadə bu təyinata qədər Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb, həmçinin sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.
--> -->