Xəbər lenti

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
Ölkə 16:55 27.06.2024

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, nazirlik tərəfindən şəhid Milli Qəhrəmanın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->