Münhen Konfransının sədri vida nitqində göz yaşlarını saxlaya bilmədi (VİDEO)
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen tədbirin rəhbərliyində üç illik fəaliyyətini başa vuraraq vida nitqi zamanı təsirlənib və göz yaşı töküb.
Qaynarinfo xəbər verir ki, o, vida nitqi zamanı ağlayaraq "İcazə verin, davam edim, ancaq bu, çətin olacaq” deyib.
Onun varisi, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Heusgen təhlükəsizlik siyasəti üzrə ekspertlərin dünyanın ən mühüm toplantısını "daha güclü, daha geniş və daha yaxşı” edib.
Xəbər verildiyi kimi, Heusgen hazırkı Münhen Təhlükəsizlik Konfransını "müəyyən mənada Avropa dəhşəti” adlandırıb.
Eyni zamanda, o, konfransın "həm də çox məsələlərə aydınlıq gətirdiyini" söyləyib. Qərb göstərib ki, "Trampın tabeliyində olan Amerika başqa planetdə yaşayır”.
Stoltenberqin konfransa rəhbərliyi dərhal öz üzərinə götürdüyü məlumdur, lakin o, Norveçin keçid hökumətində maliyyə naziri təyin edildiyi üçün əvvəlcə onun işini altı ay müddətinə dayandıracaq.
Bununla belə, NATO-nun keçmiş baş katibi planlaşdırıldığı kimi, 2026-cı ilin fevralında keçiriləcək növbəti təhlükəsizlik konfransına sədrlik edəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər