"Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, həmçinin parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür".
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli feysbuk hesabındakı paylaşımında bildirib.
Onun sözlərinə görə, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əllərindən alınır: "Milli Məclisə gələn jurnalist oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir.
... Çünki jurnalistlər istisna olmaqla hamı parlament binasına telefonla daxil ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir”.
Şərhlər